Ötən il BTC ilə neftin nəqli 12,6% artıb

Ötən il BTC ilə neftin nəqli 12,6% artıb
# 18 yanvar 2023 17:31 (UTC +04:00)

Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 37 781,5 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,9% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nəqletmənin 78,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 29 749,6 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12,6% çox).

Məlumata görə, hesabat dövrü ərzində BTC kəməri ilə 5103,9 min ton tranzit nefti də (illik müqayisədə 41,8% çoxdur) nəql edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR