Pakistan şirkəti Azərbaycanda əczaçılıq üzrə investisiya yatıra bilər

Pakistan şirkəti Azərbaycanda əczaçılıq üzrə investisiya yatıra bilər
# 11 yanvar 2023 14:10 (UTC +04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və bu ölkənin ən böyük şirkətlərindən olan İBL Qrupun baş icraçı direktoru Seyid Nadim Əhmədlə görüşüb.

İZİA-dan “APA-Economics”ə verilən məlumata görə, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu vurğulayan Elşad Nuriyev, pakistanlı iş adamlarını Azərbaycanın sənaye zonalarına sərmayə qoymağa dəvət edib.

Görüşdə İBL şirkətinin sənaye zonalarında əczaçılıq sənayesi üzrə investisiya yatırmaqda maraqlı olduğu diqqətə çatdırılıb, həmçinin Pirallahı Sənaye Parkının rezidentləri ilə birgə investisiya layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR