Paytaxtda ticarət dövriyyəsi 3,5% artıb

Paytaxtda ticarət dövriyyəsi 3,5% artıb
# 30 sentyabr 2022 17:45 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,5 faiz artaraq 17 506,6 milyon manat olub.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artaraq 9 676,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,8 faiz artaraq 7 830,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 36,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR