Pərviz Şahbazov Avropa Parlamentinin nümayəndələri ilə görüşüb

Pərviz Şahbazov Avropa Parlamentinin nümayəndələri ilə görüşüb
# 19 iyul 2022 17:42 (UTC +04:00)

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, Parlamentin üzvü Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"APA-Economics" xəbər verir ki, görüşdə Avropa İttifaqı ilə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun təbii qaz təchizatı, bərpa olunan enerji, yaşıl hidrogen, enerji effektivliyi, ətraf mühitin mühafizəsi və s. kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əhəmiyyəti vurğulanıb.

Azərbaycanın karbohidrogen resursları, Cənub Qaz Dəhlizinin genişləndirilməsi planları, ölkəmizin bərpa olunan enerji potensialı, özəl investisiyaların cəlbi ilə bu təbii resurslardan enerji keçidi prosesində səmərəli istifadə və “yaşıl enerji” ixracı, enerji effektivliyi, iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində hədəflər, Qarabağ və Şərqi Zəngəzurda Yaşıl Enerji Zonasının yaradılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib və parlament nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR