Pərviz Şahbazov səudiyyəli həmkarı ilə “Xızı-Abşeron” KES inşasını müzakirə edib - YENİLƏNİB

Pərviz Şahbazov səudiyyəli həmkarı ilə “Xızı-Abşeron” KES inşasını müzakirə edib - YENİLƏNİB
# 05 oktyabr 2022 20:37 (UTC +04:00)

Vyanada energetika naziri Pərviz Şahbazov ilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüş olub.

APA xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Görüşdə qlobal neft bazarındakı mövcud vəziyyətə və “OPEC plus” formatında Azərbaycanla əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Həmçinin bu ilin yanvar ayında təməli qoyulmuş 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının inşasının cari vəziyyəti nəzərdən keçirilib. “ACWA Power” şirkətinin həyata keçirdiyi bu layihənin Azərbaycanın bərpa olunan enerji ilə bağlı hədəflərinə töhfə verəcəyi qeyd edilib.

Söhbət zamanı ikitərəfli enerji əməkdaşlığının qarşılıqlı maraq kəsb edən digər istiqamətləri də müzakirə edilib.

***

Saat 20:11

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla görüşüb.

APA xəbər verir ki, nazir bu barədə “Twitter” səhifəsində paylaşım edib.

“Vyanada Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla qlobal neft bazarının tənzimlənməsinə, “Xızı-Abşeron” Külək Elektirik Stansiyasının inşası da daxil olmaqla Enerji Əməkdaşlığına dair məsələləri müzakirə etdik”,-deyə paylaşımda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR