Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb

Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb
# 28 sentyabr 2022 16:08 (UTC +04:00)

Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri "Twitter"də bildirib.
"Macarıstan Qara dəniz sualtı elektrik xətti layihəsində iştirak etməklə yaşıl enerji dəhlizində tərəfdaşımız olmaqda qərarlıdır", Pərviz Şahbazov qeyd edib.

Qeyd edək ki, görüş Almatıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin energetika nazirlərinin iclası çərçivəsində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR