Pərviz Şahbazov OPEC-in baş katibinin vəfatı ilə bağlı paylaşım edib

Pərviz Şahbazov OPEC-in baş katibinin vəfatı ilə bağlı paylaşım edib
# 06 iyul 2022 10:12 (UTC +04:00)

Ən mürəkkəb dövrdə neft bazarının tənzimlənməsində əvəzsiz xidmətləri olan əziz dostum Məhəmməd Barkindonun vəfatı məni çox kədərləndirdi.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında paylaşım edib.

“Onun tərcümeyi-halı OPEC-in tarixçəsi oldu. OPEC ilə həmyaşıd olması, təşkilatın intibahının onun Baş katibliyi illərinə təsadüf etməsi, OPEC-dəki və həyatdakı missiyasını eyni vaxtda başa vurması nadir rast gəlinən qanunauyğunluq idi. Allah rəhmət eləsin!”, - paylaşımda deyilir.

Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo bu gecə 63 yaşında Nigeriyada vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR