Peskov: "Biz ukraynalılara tranzit üçün pul ödəməyə davam edirik"

Peskov: "Biz ukraynalılara tranzit üçün pul ödəməyə davam edirik"
# 03 avqust 2022 15:08 (UTC +04:00)

Ukrayna Rusiya qazının Avropaya tranziti üçün Rusiyadan müntəzəm olaraq pul qəbul etməkdə davam edir.

"APA -Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz işləyən yeganə xətt vasitəsilə ukraynalılara tranzit üçün pul ödəməyə davam edirik. Təcavüzkar təcavüzkarlığında, pulu (Ukraynalılar) isə qəbul edirlər və ödəniş keçirilir", - Kreml sözçüsü bildirib.

Moskvanın nizamlanma şərtləri Kiyevə yaxşı bəllidir və onlar bu və ya digər şəkildə təmin ediləcək, Dmitri Peskov bildirib.

Əlavə olaraq, o həmçinin Rusiya Federasiyasının Ukrayna problemini diplomatiya yolu ilə, lakin öz şərtləri əsasında həll etməyə hazır olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR