Macarıstan Azərbaycandan təbii qazın tədarükü üçün saziş imzalamağı planlaşdırır

Macarıstan Azərbaycandan təbii qazın tədarükü üçün saziş imzalamağı planlaşdırır
# 30 mart 2023 21:01 (UTC +04:00)

Macarıstan gələn ayın sonunda Bolqarıstan və Rumıniya ilə Azərbaycandan təbii qazın tədarükü üçün Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş imzalamağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin enerji nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

O, qazın Avropaya çatdırılması üçün mənbələrin və marşrutların şaxələndirilməsindən danışıb.

Nazir qeyd edib ki, Macarıstan bu ilin sonunadək Azərbaycan qazının idxalına başlayacağını və gələcəkdə ildə 1-2 milyard kubmetr qaz alacağını gözləyir.

“Bu qazın bir hissəsi Türkiyədən keçə bilər. Bunun üçün türk tərəfdaşları ilə artıq konkret detallar üzrə danışıqlar aparılır. Əlbəttə ki, biz həmçinin Cənub-Şərqi Avropa ölkələrində - Bolqarıstan və Rumıniyada infrastrukturu inkişaf etdirməliyik. Bu məqsədlə gələn ayın sonunda Sofiyada saziş imzalayacağıq”, - deyə Siyarto bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR