"Petronas" 2022-2024-cü illər üçün neftin qiymət proqnozunu açıqlayıb

"Petronas" 2022-2024-cü illər üçün neftin qiymət proqnozunu açıqlayıb
# 28 dekabr 2021 12:47 (UTC +04:00)

Malayziyanın "Petronas" neft-qaz şirkəti 2022-2024-cü illərdə 1 barel neftin qiymətinin 50-60 ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin sözügedən dövr üçün dərc etdiyi iqtisadi icmalda deyilir.

"Əksər sənaye analitikləri neftin maya dəyəri ilə bağlı oxşar proqnozları bölüşürlər, buna görə də hesablamalarımızda biz neftin 1 barelinin qiymətinin 50-60 dollar səviyyəsində götürürük. Şirkət qiymətlərin müəyyənləşdirilməsində konservativ yanaşmaya riayət etmək niyyətindədir", - icmalda deyilir.

Bundan əlavə, "Petronas"ın qeyd etdiyi kimi, məhdudiyyətlərə səbəb ola biləcək yeni koronavirus ştamlarının ortaya çıxması fonunda neftə tələbatın bərpası qeyri-müəyyən və qeyri-sabit olaraq qalır. Eyni zamanda, icmalda vurğulanır ki, dünya iqtisadiyyatı hazırda tənəzzüldən sonra sabit bərpa mərhələsindədir və bir çox sektorlarda artım müşahidə olunur. Lakin aviasiya sektorunun yalnız 2024-cü ilə qədər pandemiyadan əvvəlki səviyyəyə qayıtması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR