Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi üzrə tədbirlər planı təsdiq mərhələsindədir

Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi üzrə tədbirlər planı təsdiq mərhələsindədir
# 21 iyun 2022 11:55 (UTC +04:00)

Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi çərçivəsində Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti tərəfindən hazırlanmış tədbirlər planı artıq təsdiq olunması üzrədir.

"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bildirib.

"Bu tədbirlər planı təsdiq olunma üzrədir", - Elnur Soltanov qeyd edib.

Xatırladaq ki, ötən ilin may ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası məqsədilə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında müqavilə imzalanıb.

Müqavilə işğaldan azad edilmiş ərazilərdə külək, günəş, hidro, geotermal və bioenerji kimi bərpa olunan enerji potensialından səmərəli istifadə, enerji səmərəliliyi texnologiyaları, müasir enerji idarəetmə yanaşmaları əsasında regionun enerji təminatını həyata keçirmək məqsədilə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanmasını nəzərdə tutur. Layihə çərçivəsində sahə üzrə beynəlxalq təcrübə araşdırılacaq, işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişaf və əhalinin məskunlaşmasından asılı olaraq enerjiyə tələbat və enerji təchizatı ssenariləri, bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası, enerji effektivliyi, nəqliyyat, şəhərsalma, tullantıların idarə edilməsi, ağıllı şəbəkələr, yaşıl maliyyələşdirmə və s. kimi məsələlər əhatə ediləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR