Qaz tarifi limitlərinin sıfırlanması ilə bağlı 144 min müraciət daxil olub

Qaz tarifi limitlərinin sıfırlanması ilə bağlı 144 min müraciət daxil olub
# 07 yanvar 2022 11:48 (UTC +04:00)

Sonradan ödənişli sayğaclarda (mexaniki sayğaclar) tarif limitlərinin sıfırlanması ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə abonentlər tərəfindən 144 min sayğac fotosu göndərilib.

"APA-Economics"in məlumatına görə, bunu İstehsalat Birliyinin “104 Operativ Xidmət” şöbəsinin rəisi Xalidə Şimşək "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, şəkillərin 30%-i oxumaq üçün yararlı olub.

"Bu 30%-in 85-90%-i artıq emal olunub və bazaya yerləşdirilib", - X. Şimşək qeyd edib.

Qeyd olunub ki, hazırda respublika üzrə abonentlərin 1,5 milyona yaxını mexaniki sayğaclarla təmin olunub, onun da 370 mini Bakı və Abşeronun payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR