Qazaxıstan 2030-cu ilədək neft hasilatını 22%-dək artıracaq

Qazaxıstan 2030-cu ilədək neft hasilatını 22%-dək artıracaq
# 22 dekabr 2021 11:40 (UTC +04:00)

Qazaxıstan 2030-cu il üçün neft hasilatını 104,2 mln. tona çatdıracaq ki, bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 21,6% çoxdur.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın energetika naziri Maqzum Mirzəqaliyev bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin sonuna neft hasilatının 85,7 mln. tona, ixracın 67,6 mln. tona çatacağı gözlənilir.

"Plana əsasən, ölkədə neft hasilatı 2030-cu il üçün 104,2 mln. tona çatacaq", - M. Mirzəqaliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR