Qazaxıstan 25 min ton Rusiya neftini bu ay Özbəkistana tranzit etməyi planlaşdırır

Qazaxıstan 25 min ton Rusiya neftini bu ay Özbəkistana tranzit etməyi planlaşdırır
# 16 mart 2023 13:48 (UTC +04:00)

Qazaxıstan bu ay 25 min ton Rusiya neftini Özbəkistana tranzit etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Sputnik”in Qazaxıstan bürosunun məlumatında deyilib.

Məlumata əsasən, neft Omsk-Pavlodar–Şimkənd-Şaqır marşrutu ilə daşınacaq.

Həmçinin qeyd olunub ki, bu il Rusiya neftinin “KazTransOil” magistral neft kəməri sistemi ilə Özbəkistana nəqlinin gözlənilən həcmi 250 min ton təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR