Qazaxıstan “Qazprom”a Çinə qaz kəməri çəkməyi təklif edib

Qazaxıstan “Qazprom”a Çinə qaz kəməri çəkməyi təklif edib
# 24 fevral 2023 12:07 (UTC +04:00)

Qazaxıstanın “Qazaq Qaz” şirkəti “Qazprom”a Rusiyadan Çinə yeni tranzit qaz kəmərinin yaradılması imkanlarını nəzərdən keçirməyi təklif edib.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Qazaq Qaz”ın İdarə Heyətinin sədr müavini Arman Kasenov bildirib.

Onun sözlərinə görə, bu kəmərin tikintisi Qazaxıstanın şərqinin qazlaşdırılmasına öz töhfəsini verə bilər.

Arman Kasenov qeyd edib ki, Qazaxıstan hökuməti, sahibkarlıq subyektləri arasında yol xəritəsi ilə müəyyən edilən təklif artıq edilib və “Qazprom” tərəfindən nəzərdən keçirilir.

Eyni zamanda, onun sözlərinə görə, Qazaxıstanın şimal və şərqinin öz qazının resursları ilə qısa müddətdə təmin edilməsi mümkün deyil: “Ona görə də biz Rusiya qazının mümkün idxalı üçün yeni yaradılmış şəraitə ümid edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR