Qazaxıstan Rusiyaya tətbiq olunan sanksiyalara görə ixrac neftinin adını dəyişib

Qazaxıstan Rusiyaya tətbiq olunan sanksiyalara görə ixrac neftinin adını dəyişib
# 07 iyun 2022 10:55 (UTC +04:00)

Qazaxıstan Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən ixrac neftinin adını dəyişib.

"APA-Economics" xəbər verir ki, bu barədə “KazMunayQaz” milli neft və qaz şirkətinin idarə heyətinin sədr müavini Dauren Karabayev bildirib.

Onun sözlərinə görə, iyun ayından etibarən Qazaxıstan neft şirkətləri neft ixracı üçün sənədlərin işlənməsi zamanı onun adını KEBCO (Kazakhstаn export blend crude oil - Qazaxıstanın ixrac xam neft qarışığı) kimi qeyd edir.

Bundan əvvəl mətbuat Qazaxıstanın neft sənayesindəki mənbələrə istinadən xəbər vermişdi ki, respublika treyderlərin və alıcıların təşəbbüsü ilə Rusiya limanlarından satdığı neftə yeni marketinq adı – KEBCO - vermək istəyir.

Dauren Karabayev qeyd edib ki, Qazaxıstan neftinin satışı ilə bağlı indiyədək heç bir problem yaranmayıb, lakin iyun ayından etibarən “KazMunayQaz” və digər Qazaxıstan şirkətləri belə qərara gəliblər ki, onu müşayiət edən sənədlərdə, malların mənşəə sertifikatında neftin adı KEBCO kimi qeyd olunsun.

Qeyd edək ki, öncə Rusiya limanlarından ixrac edilən Qazaxıstan nefti “Urals” markası altında satılırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR