Qazaxıstanda TDT enerji nazirlərinin iclası keçiriləcək

Qazaxıstanda TDT enerji nazirlərinin iclası keçiriləcək
# 27 sentyabr 2022 16:29 (UTC +04:00)

Energetika naziri Pərviz Şahbazov sentyabrın 28-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə təşkilat çərçivəsində neft-qaz, neft-kimya, bərpa olunan və ağıllı enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq, yaşıl enerji keçidi, dayanıqlı enerjinin inkişafı üzrə müzakirələr aparılacaq.

İclasda nazir Pərviz Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR