"Qazprom" alternativ qaz alıcılarının axtarışını gücləndirəcək

"Qazprom" alternativ qaz alıcılarının axtarışını gücləndirəcək
# 06 sentyabr 2022 11:29 (UTC +04:00)

Qazprom alternativ qaz alıcılarının axtarışını gücləndirəcək.

Avropa Rusiya qazından imtina etdikdən sonra “Qazprom”un alternativ alıcılar tapmaq cəhdləri daha aktiv olacaq.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, eyni zamanda sərbəst qalan həcmləri necə kompensasiya edəcəyini öyrənmək lazım gələcək.

"Qərbə nə qədər az qaz satılsa, bizim qaz satıcılarının, yəni "Qazprom"un alternativ alıcı tapmaq cəhdləri bir o qədər aktiv olacaq. Bu, tamamilə təbiidir. ”, - Dmitri Peskov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR