“Qazprom”: Avropa ölkələri qlobal LNG bazarında sabitliyi pozub

“Qazprom”: Avropa ölkələri qlobal LNG bazarında sabitliyi pozub
# 22 noyabr 2022 16:56 (UTC +04:00)

Avropa ölkələri qlobal mayeləşdırılmış təbii qaz (LNG) bazarında sabitliyi pozub və qlobal miqyasda enerji təhlükəsizliyini azaldıb.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Rusiyanın “Qazprom” şirkətinin rəsmi məlumatında bildirilir.

"Qlobal LNG sənayesi Avropada tələbatın artması ilə əlaqədar əhəmiyyətli dəyişikliklərə məruz qalıb ki, bu da bazarın qeyri-sabitləşməsinə və qaz qiymətlərinin artmasına səbəb olub. Beləliklə, 2022-ci ildə uzun müddət ərzində ilk dəfə olaraq Asiya qiymətlərinə nisbətən əhəmiyyətli bir Avropa mükafatı (qiymət üstünlüyü – red.) müşahidə edildi. Bu şərtlər daxilində bəzi təchizatçılar uzunmüddətli müqavilələr üzrə öhdəliklərini pozaraq LNG tankerlərini Avropaya yönləndiriblər ki, bu da Asiya-Sakit okean regionunun bir sıra ölkələrində böhranlara səbəb olub”, - məlumatda qeyd olunub.

Məlumata görə, dünyada qazın rekord qiymətləri yeni LNG tutumlarına dair yekun investisiya qərarlarının sayının artmasına səbəb olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR