“Qazprom”: Avropada qazın qiyməti 4 000 dolları ötə bilər

“Qazprom”: Avropada qazın qiyməti 4 000 dolları ötə bilər
# 16 avqust 2022 14:06 (UTC +04:00)

Avropada spot bazarda qazın qiyməti 1 000 kubmetr üçün 2500 ABŞ dollarını ötüb.

APA-Economics” Rusiyanın “Qazprom” şirkətinə istinadən verdiyi məlumata görə, hazırkı tendensiya davam edərsə, qışda qiymətlər min kubmetr üçün 4000 dollar səviyyəsini keçəcək.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR