“Qazprom”: Polşa Rusiya qazını almağa davam edir

“Qazprom”: Polşa Rusiya qazını almağa davam edir
# 28 aprel 2022 17:24 (UTC +04:00)

Polşa, bunu etməyəcəyi ilə bağlı bəyanatlarına baxmayaraq, Rusiya qazını almağa davam edir.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə “Qazprom” şirkətinin rəsmi nümayəndəsi Sergey Kupriyanov deyib.

Onun sözlərinə görə, yeni sxem üzrə ödənişdən imtinaya əsasən Rusiyadan birbaşa qaz tədarükünün dayandırılmasından sonra Rusiya qazı “Yamal-Avropa” kəməri ilə Almaniyadan revers rejimində (əks istiqamətdə - red.) Polşaya nəql edilir.

Kupriyanov qeyd edib ki, kəmər vasitəsi ilə əks istiqamətdə nəql edilən qazın gündəlik həcmi təxminən 30 mln. kubmetr təşkil edir ki, bu da əvvəlki günlərdə "Qazprom Eksport" ilə bağlanmış müqavilə üzrə müraciətlərə demək olar ki, tam uyğundur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR