"Qazprom" qaz hasilatı üzrə 13 illik maksimuma çata bilər

Aleksey Miller

© APA | Aleksey Miller

# 23 dekabr 2021 17:16 (UTC +04:00)

Rusiyanın "Qazprom" şirkəti bu il qaz hasilatını ötən ilin göstəricisi ilə müqayisədə 62,2 mlrd. kubmetr artıraraq 515 mlrd. kubmetrə çatdıracaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə şirkətin rəhbəri Aleksey Miller bildirib.

"Bu, son 13 ilin ən yaxşı göstəricisidir", - A. Miller qeyd edib.

Onun sözlərinə görə, 2021-ci ildə daxili bazara tədarükün həcmi ötən illə müqayisədə 29,7 mlrd. kubmetr artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR