“Qazprom” qaz hasilatını 17%-dən çox azaldıb

“Qazprom” qaz hasilatını 17%-dən çox azaldıb
# 03 oktyabr 2022 14:59 (UTC +04:00)

Bu ilin ilk doqquz ayında Rusiyanın “Qazprom” şirkəti qaz hasilatını 17,1% azaldaraq, 313,3 mlrd. kubmetrə endirib.

APA-Economics” xəbər verir ki, bu barədə “Qazprom” “Telegram” kanalında paylaşım edib.

"İlkin məlumatlara görə, 2022-ci ilin yanvar-sentyabr aylarında "Qazprom" 313,3 mlrd. kubmetr qaz hasil edib. Bu, ötən illə müqayisədə 17,1% (64,8mlrd. kubmetr) azdır", - paylaşımda bildirilir.

Qeyd edilir ki, “Qazprom” 2021-ci ildə 514,8 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2020-ci illə müqayisədə 62,2 mlrd. kubmetr çoxdur. Bu göstərici son 13 ilin ən yaxşı göstəricisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR