“Qazprom” Türkiyəyə qaz qovşağının yaradılması konsepsiyasını təqdim edib

“Qazprom” Türkiyəyə qaz qovşağının yaradılması konsepsiyasını təqdim edib
# 09 iyun 2023 11:23 (UTC +04:00)

Rusiyanın “Qazprom” şirkəti Türkiyə tərəfinə qaz qovşağının yaradılması konsepsiyasını, onun işinin parametrləri və prinsiplərini təqdim edib.

Bu barədə “APA-Economics” şirkətin illik hesabatına istinadən xəbər verir.

"2022-ci ilin oktyabr ayından "Qazprom" PJSC türk tərəfdaşları ilə birlikdə Türkiyədə qaz qovşağının yaradılması məsələsi üzərində işləyir. Rusiya tərəfi qaz qovşağının yaradılması konsepsiyasını, onun parametrləri və fəaliyyət prinsiplərini təqdim edib", - sənəddə deyilir.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Qara dənizin dibi ilə Rusiya Federasiyasından Türkiyəyə əlavə qaz kəmərlərinin çəkilməsi, eləcə də Avropa İttifaqının sərhədində Avropada qazın qiymətinin müəyyən edilməsi üçün digər mərkəzlərə alternativ ola biləcək qaz qovşağının yaradılması təşəbbüsü ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR