“Qazprom” uzaq xaricə qazın ixracını 45%-dən çox azaldıb

“Qazprom” uzaq xaricə qazın ixracını 45%-dən çox azaldıb
# 02 yanvar 2023 14:37 (UTC +04:00)

Rusiyanın “Qazprom” şirkəti 2022-ci ildə 412,6 mlrd. kubmetr qaz istehsal edib, bu da illik müqayisədə 20% azdır.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə "Qazprom"un rəhbəri Aleksey Miller bildirib.

Onun sözlərinə görə, ötən il şirkət uzaq xaricə 100,9 mlrd. kubmetr qaz ixrac edib (45,5% azalma).

Aleksey Miller onu da əlavə edib ki, 2022-ci ildə “Qazprom” Rusiya istehlakçılarına ötürücü sistem vasitəsi ilə 243 mlrd. kubmetr qaz tədarük edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR