“Qazprom” yenidən “Mavi axın” vasitəsilə Türkiyəyə qaz tədarük edir

“Qazprom” yenidən “Mavi axın” vasitəsilə Türkiyəyə qaz tədarük edir
# 30 may 2022 14:43 (UTC +04:00)

“Qazprom” boru kəmərində nəzərdə tutulmuş işlərin başa çatması ilə əlaqədar “Mavi axın” vasitəsilə Türkiyəyə qaz nəqlinin bərpa olunduğunu elan edib.

APA-Economics”in verdiyi xəbərə görə, qaz kəmərində planlaşdırılmış təmir işləri mayın 17-dən 30-a qədər davam edib.

“Mavi axın” Rusiya Federasiyasından Türkiyəyə qaz nəqli dəhlizini tamamlayır. Kəmərin layihə gücü ildə 16 mlrd. kubmetr qaz, uzunluğu isə 1200 kilometrdən bir qədər artıqdır.

“Qazprom Export” şirkəti 2021-ci ildə “Mavi axın” vasitəsilə 15,98 mlrd. kubmetr qaz tədarük edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR