Qeyri-OPEC ölkələrində bu il neft hasilatının artım tempi cüzi enəcək - PROQNOZ

Qeyri-OPEC ölkələrində bu il neft hasilatının artım tempi cüzi enəcək - PROQNOZ
# 13 sentyabr 2022 17:30 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azalmaya doğru cüzi korrektə edib.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2022-ci ildə sözügedən göstərici 65,78 mln. barel həcmində (öncəki proqnoz – 65,8 mln. barel) proqnozlaşdırılır.

Hesabata əsasən, gələn il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 67,51 mln. barel olacağı ehtimal olunur, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir.

Hesabata əsasən, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,65 mln. barel səviyyəsində olub, 2020-ci ildə isə bu göstərici 62,97 mln. barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR