Qeyri-OPEC ölkələrində neft hasilatının artım tempi azalacaq - PROQNOZ

Qeyri-OPEC ölkələrində neft hasilatının artım tempi azalacaq - PROQNOZ
# 14 iyun 2022 17:35 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2022-ci ildə sözügedən göstəricinin 65,74 mln. barel həcmində (öncəki proqnoz – 65,97 mln. barel), hasilatın artım tempinin isə 2,15 mln. barel səviyyəsində (mayda 2,4 mln. barel həcmində proqnozlaşdırılırdı) olacağı proqnozlaşdırılır.

Hesabata əsasən, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,6 mln. barel səviyyəsində olub.

Qeyd olunur ki, 2020-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik ortalama neft və digər maye karbohidrogenlərin hasilatı 62,97 mln. barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR