Qeyri-OPEC ölkələrində neft hasilatının artım tempi yüksələcək - PROQNOZ

Qeyri-OPEC ölkələrində neft hasilatının artım tempi yüksələcək - PROQNOZ
# 11 avqust 2022 17:54 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artıma doğru korrektə edib.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2022-ci ildə sözügedən göstəricinin 65,8 mln. barel həcmində (öncəki proqnoz – 65,73 mln. barel) proqnozlaşdırılır.

Hesabata əsasən, OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 67,51 mln. barel olacağı ehtimal olunur, bu da əvvəlki proqnoz göstəricidən 70 min barel çoxdur

Hesabata əsasən, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,65 mln. barel səviyyəsində olub, 2020-ci ildə isə bu göstərici 62,97 mln. barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR