Qlobal gündəlik neft hasilatı son iki ilin göstəricisini ötəcək - PROQNOZ

Qlobal gündəlik neft hasilatı son iki ilin göstəricisini ötəcək - PROQNOZ
# 08 iyun 2022 10:13 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EİA) 2022-2023-cü illər üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu yüksəldib.

"APA-Economics"in EİA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 102,1 mln. barel olacağı ehtimal edilir ki, bu da ötən proqnoz göstəricisi ilə müqayisədə 0,5 mln. barel çoxdur.

Hesabata əsasən, 2022-ci ildə maye karbohidrogenlərin gündəlik istehsalı 100,08 mln. barel olacaq, bu, ötən proqnozla müqayisədə 0,19 mln. barel çoxdur.

Xatırladaq ki, ötən il maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 95,57 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik istehsal 93,84 mln. barel təşkil edib. 2019-cu ildə bu göstərici 100,61 mln. barelə bərabər idi.

EİA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərin gündəlik qlobal hasilatı pandemiyadan əvvəlki səviyyəni gələn il ötəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR