Qlobal halal sənaye 11 trilyon dolları ötüb

Qlobal halal sənaye 11 trilyon dolları ötüb
# 17 noyabr 2022 14:07 (UTC +04:00)

Qlobal halal sənayenin həcmi 11,2 trilyon dollara çatıb. Əsas artım halal tibb və kosmetika sənayesi ilə bağlıdır.

Bunu "APA-Economics"ə açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında təşkilatın Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo deyib.

O bildirib ki, qlobal halal sənaye getdikcə böyüməkdə davam edir. Hər il 20% civarında artım qeydə alınır.

"Gənc investorları bu sahəyə yönəltmək halal sənayeni daha da inkişaf etdirə bilər" - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR