Qlobal neft hasilatı bu il tam bərpa olunacaq - PROQNOZ

Qlobal neft hasilatı bu il tam bərpa olunacaq - PROQNOZ
# 12 yanvar 2022 11:36 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2023-cü il üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu açıqlayıb.

"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama hesabla 102,84 mln. barel olacağı ehtimal edilir.

Hesabata əsasən, 2022-ci ildə maye karbohidrogenlərin gündəlik istehsalı 101,05 mln. barel olacaq, bu, ötən proqnozla müqayisədə 0,12 mln. barel çoxdur.

Hesabatda qeyd olunur ki, ötən il maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 95,53 mln. barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnoz göstəricisindən 0,1 mln. barel azdır.

Hesabatda qeyd olunur ki, 2020-ci ildə qlobal gündəlik istehsal 93,84 mln. barel təşkil edib. 2019-cu ildə bu göstərici 100,61 mln. barel olub.

Beləliklə, EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərin gündəlik qlobal hasilatı pandemiyadan əvvəl ki səviyyəni artıq bu il ötəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR