Qlobal neft hasilatının artım tempi yavaşlayacaq - PROQNOZ

Qlobal neft hasilatının artım tempi yavaşlayacaq - PROQNOZ
# 16 may 2023 13:28 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü ildə gündəlik qlobal neft hasilatı üzrə proqnozunu dəyişməyib.

APA-Economics”in Agentliyin aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari ildə ortalama gündəlik qlobal neft hasilatı 1,2 mln. barel artaraq, 101,1 mln. barel səviyyəsində olacaq.

"Bütövlükdə il üzrə gündəlik qlobal neft hasilatının artımının 2022-ci ildəki 4,6 mln. barellə müqayisədə 1,2 mln. barelə enəcəyi proqnozlaşdırılır", - hesabatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR