Qlobal neft tələbatının artım tempi yavaşlayacaq - PROQNOZ

Qlobal neft tələbatının artım tempi yavaşlayacaq - PROQNOZ
# 15 mart 2023 15:35 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü ildə ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib.

APA-Economics”in Agentliyin aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari ildə gündəlik qlobal tələbat 2 mln. barel artaraq, 102 mln. barel təşkil edəcək.

Hesabata əsasən, artımın əsas drayverləri aviasiya sənayesi və Çinin koronavirus məhdudiyyətlərinin yumşaldılmasından sonra bərpası olacaq. Bu səbəblər il ərzində orta hesabla gündəlik qlobal tələb artımının 1,2 mln. barelini, yəni 57%-ni təşkil edəcək.

Agentliyin proqnozuna görə, birinci rübdə tələb artımı 710 min barel təşkil edəcək, ilin sonunda isə dördüncü rübdə bu, 2,6 milyon barelə yüksələcək.

Qeyd olunur ki, ötən il qlobal neft tələbatının orta illik artımı 2,6 mln. barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR