Rəşad Nəbiyevlə Mustafa Varank birgə memorandum imzalayıb

Mustafa Varank, Rəşad Nəbiyev

© APA | Mustafa Varank, Rəşad Nəbiyev

# 28 may 2022 11:11 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşüb.

"APA-Economics" xəbər verir ki, görüş çərçivəsində Azərbaycan və Türkiyə arasında kosmik sənaye, müvafiq mütəxəssislərin hazırlanması üçün birgə mərkəzin yaradılması, kadr potensialının artırılması, o cümlədən elektron imzaların qarşılıqlı tanınması istiqamətində müzakirə aparılıb. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında birgə texnoparkın yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR