Rövşən Nəcəf: “SOCAR Karbamid” zavodu satışları və ixracı kəskin artırıb

Rövşən Nəcəf: “SOCAR Karbamid” zavodu satışları və ixracı kəskin artırıb
# 20 aprel 2022 16:02 (UTC +04:00)

Cari ilin I rübündə “SOCAR Karbamid” zavodu tərəfindən daxili bazarda 53,4 min ton karbamid satılıb, bu da illik müqayisədə 224% çoxdur.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkətin prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf Facebook səhifəsində yazıb.

Məlumata görə, hesabat dövründə zavod xarici bazarlara karbamid ixracını 8 dəfə artırıb (dəyəri 33 dəfə artıb). Belə ki, bu, Azərbaycanın xarici ticarət saldosuna 93 mln. dollar həcmində müsbət təsir göstərib.

Xatırladaq ki, Sumqayıtda inşa edilən karbamid zavodu 16 yanvar 2019-cu ildə istifadəyə verilib. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək qabiliyyətindədir. İstehsal həcminin təqribən 70%-i ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 mln. dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək. Karbamid zavodunun ümumi dəyəri təqribən 800 mln. avro təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR