Rumen Radev: Azərbaycan qazının Avropaya çatdırılması enerji təhlükəsizliyi baxımından son dərəcə önəmlidir

Rumen Radev: Azərbaycan qazının Avropaya çatdırılması enerji təhlükəsizliyi baxımından son dərəcə önəmlidir
# 01 iyun 2023 12:03 (UTC +04:00)

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana məhsuldar əməkdaşlığa görə təşəkkür edib.

APA xəbər verir ki, Rumen Radev Kişinyovda jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin 6 ayda Bolqarıstana iki səfər etdiyini xatırladıb.

O, Azərbaycan təbii qazının əlavə həcminin Avropaya çatdırılması istiqamətində bütün zəruri addımların atıldığını, bu istiqamətdə işlərin davam etdirildiyini deyib.

Bolqarıstan Prezidenti əlavə edib ki, Azərbaycan qazının Avropaya çatdırılması enerji təhlükəsizliyi baxımından son dərəcə önəmlidir: “İlk növbədə sizin ölkənizə, xüsusilə də Prezident İlham Əliyevə son dərəcə məhsuldar əməkdaşlığa görə təşəkkür edirəm... Azərbaycan etibarlı tərəfdaş olduğunu sübut edib. Bu, çox vacibdir. Bizim etimadımız və inamımız var. Hər bir praktiki addım da bunu sübut edir. Bu etimad Aİ və Azərbaycan arasındakı siyasi əlaqələrdə çox güclü investisiyadır”, - Rumen Radev bildirib.

Ramiz Mikayıloğlu

Səid Babazadə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR