Rusiya Avropaya qaz tədarükünü artıra bilər

Aleksandr Novak

© APA | Aleksandr Novak

# 15 yanvar 2022 13:41 (UTC +04:00)

Rusiyanın Avropaya qaz tədarükünü artırmaq üçün kifayət qədər resursları var, lakin onların inkişafı vaxt və investisiya tələb edir, ona görə də şəffaf satış bazarı və uzunmüddətli müqavilələr lazımdır.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, Rusiya keçən il bütün uzunmüddətli tədarük üzrə müqavilələrini yerinə yetirib və Almaniyaya, Türkiyəyə və öz idxal həcmlərini seçən digər ölkələrə də ixrac əhəmiyyətli dərəcədə artırılıb.

A. Novak qeyd edib ki, enerji böhranına Avropa İttifaqının və Avropa Komissiyasının uzaqgörən olmayan siyasəti səbəb olub. Baş nazirin müavininin fikrincə, son bir neçə ildə Avropa Rusiyadan asılılığı azaltmaq və uzunmüddətli müqavilələrdən spot müqavilələrə keçmək üçün məqsədyönlü şəkildə uzunmüddətli müqavilələrdən imtina edib.

"Yanlış planlaşdırma, qısamüddətli enerji siyasəti Avropa siyasətçilərinin başqalarına ötürməyə çalışdığı başağrısıdır", A. Novak bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR