Rusiya, Azərbaycan və İran yeni enerji layihəsinin icrasına dair saziş imzalayıb

Rusiya, Azərbaycan və İran yeni enerji layihəsinin icrasına dair saziş imzalayıb
  • Clock-gray 12:54
  • calendar-gray 14 Avqust 2019

Rusiya, Azərbaycan və İran üç ölkənin enerji sistemlərini birləşdirəcək layihə üçün texniki-iqtisadi əsaslandırmanın birgə işlənməsi barədə saziş imzalayıblar.

 “APA-Economics” Rusiyanın “Vahid enerji sisteminin sistem operatoru” Səhmdar Cəmiyyətinin yaydığı məlumata istinadən xəbər verir ki, avqustun 12-də əldə olunan razılığa əsasən tərəflər ölkələrin enerji sistemləri arasında "Şimal-Cənub" enerji dəhlizinin yaradılması layihəsi üçün texniki-iqtisadi əsaslandırmanı birgə işləyəcəklər.

Rusiya tərəfindən sazişin iştirakçıları qismində “Vahid enerji sisteminin sistem operatoru” və “Rosseti”, Azərbaycandan “Azərenerji”, İrandan isə “Tavanir” şirkətləri çıxış edəcəklər.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date