Rusiya Azərbaycana 1 mlrd. kubmetrədək qaz tədarük edəcək

Rusiya Azərbaycana 1 mlrd. kubmetrədək qaz tədarük edəcək
# 18 noyabr 2022 16:01 (UTC +04:00)

Rusiyanın “Qazprom” şirkəti 2023-cü ilin mart ayına qədər yeni müqaviləyə əsasən, Azərbaycana 1 mlrd. kubmetrədək qaz tədarük edəcək.

Bu barədə “APA-Economics” şirkətin rəsmi məlumatına istinadən xəbər verir.

“Noyabrın 15-də yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükü başlayıb. Sənəd "Qazprom Eksport" MMC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanıb”, - məlumatda qeyd olunur.

Məlumata görə, müqavilə 2023-cü ilin mart ayına qədər 1 milyard kubmetrədək qaz tədarükünü nəzərdə tutur.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan və Rusiya qazın mövsümi tədarükü ilə bağlı razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR