Rusiya İranda AES-in tikintisi üzrə planlarını dəyişməyib

Rusiya İranda AES-in tikintisi üzrə planlarını dəyişməyib
# 26 may 2022 14:57 (UTC +04:00)

Rusiya-İran Buşehr atom elektrik stansiyasının yeni bloklarının tikintisi qrafiki, sanksiyaların tətbiqinə baxmayaraq, dəyişmir.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

Siyasətçinin sözlərinə görə, tərəflər Rusiya nümayəndə heyətinin Tehrana səfəri zamanı AES-in ikinci və üçüncü enerji bloklarının tikintisinin şərtlərini müzakirə ediblər.

Aleksandr Novak onu da əlavə edib ki, layihə üzrə hər şey müqaviləyə uyğun gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR