Rusiya neft hasilatını 5-8% azalda bilər

Rusiya neft hasilatını 5-8% azalda bilər
# 26 may 2022 14:56 (UTC +04:00)

Bu il Rusiya 480-500 mln. ton arası neft hasil edə bilər ki, bu da illik müqayisədə 5-8% azalma deməkdir.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, ötən il Rusiya 524 mln. ton neft hasil edib, bu il isə bu göstərici 4,6%-8,4% diapazonunda azala bilər.

Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, 2022-ci ildə Rusiyada neft hasilatı baza ssenaridə 9,3% azalaraq, 475,3 mln. tona, konservativ ssenaridə isə 17,2% azalaraq, 433,8 mln. ton təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR