Rusiya neft hasilatını azaldır

Rusiya neft hasilatını azaldır
# 23 fevral 2023 09:51 (UTC +04:00)

2023-cü ilin yanvarında Rusiyada kondensat da daxil olmaqla neft hasilatı dekabr ayı ilə müqayisədə 0,4% azalaraq 46 mln. tona enib.

Bu barədə “APA-Economics” Rusiyanın statistika idarəsinə (Rosstat) istinadən xəbər verir.

“2023-cü ilin yanvar ayında qaz kondensatı nəzərə alınmaqla neft hasilatı 2022-ci ilin yanvarı və 2022-ci ilin dekabr ayları ilə müqayisədə müvafiq olaraq 1% və 0,4% azalaraq 46 mln. ton təşkil edib”, - məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR