Rusiya neftin ixrac rüsumunu cüzi artırıb

Rusiya neftin ixrac rüsumunu cüzi artırıb
# 01 may 2023 09:21 (UTC +04:00)

Bu il mayın 1-dən Rusiya neftinin ixrac rüsumu simvolik olaraq 0,1 ABŞ dolları məbləğində artırılaraq 1 ton üçün 14,4 dollara çatdırılıb.

Bu barədə "APA-Economics" Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 15 mart – 14 aprel 2023-cü il tarixləri arasında Rusiyanın ixrac etdiyi "Urals" markalı neftin bir barel üçün orta qiyməti 51,15 dollardan və ya bir 1 üçün 373,4 dollar olub. Bir ay öncə "Urals" neftinin bir barelinin qiyməti 50,8 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR