Rusiya neftinə qiymət həddinin tətbiqi millyardlarla dollarlıq qənaətə imkan verəcək

Rusiya neftinə qiymət həddinin tətbiqi millyardlarla dollarlıq qənaətə imkan verəcək
# 04 oktyabr 2022 15:32 (UTC +04:00)

“Böyük Yeddilik” ölkələri (G7) tərəfindən Rusiya neftinin ixracına qiymət həddinin tətbiq etməsi 50 ən böyük inkişaf etməkdə olan ölkə üçün ildə 160 mlrd. dollar qənaətə imkan verəcək.

APA-Economics”in “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Financial Times” məlumat yayıb.

"Nazirliyin təhlili göstərdi ki, Rusiya neftinə qiymət məhdudiyyətinin tətbiqi 50 ən böyük inkişaf etməkdə olan ölkəyə, eləcə də gəliri daha aşağı olan ölkələrə neft idxalında ildə təxminən 160 mlrd. dollar qənaət etməyə imkan verəcək", - ABŞ Maliyə Nazirliyinin nümayəndəsi bildirib.

O, əmindir ki, xammal alan ölkələrin, xüsusən də Hindistan və Çinin məhdudlaşdırıcı tədbirlərdən faydalanmaq üçün güclü stimulu var.

Lakin Maliyyə Nazirliyi qiymət həddinin hansı səviyyəsinin ölkələrə göstərilən məbləğə qənaət etməyə imkan verəcəyini dəqiqləşdirməyib. ABŞ-ın yaxın həftələrdə bu araşdırmanı beynəlxalq tərəfdaşlarına təqdim edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR