Rusiya OPEC+ şərtlərini bu ay 100% yerinə yetirəcək

Rusiya OPEC+ şərtlərini bu ay 100% yerinə yetirəcək
  • Clock-gray 13:13
  • calendar-gray 14 Oktyabr 2019

Rusiya OPEC+ neft hasilatını azaltmaq üzrə sazişin şərtlərini bu ay 100% yerinə yetirmək niyyətindədir.

APA-Economoics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, oktyabr ayında Rusiya hasilat üzrə öhdəlikləri 100% təmin edəcək.

A. Novak əlavə edib ki, sentyabr ayında Rusiya gündəlik hasilatı 200 min barel azaldıb, baxmayaraq ki, müqavilənin şərtlərinə görə, 228 min barel azaldılmalı idi. Rusiya may-iyul aylarında “Dostluq” boru kəmərinin çirklənməsi səbəbindən neft tranzitinin dayandırılması fonunda saziş üzrə öhdəliklərini üstələyib.

OPEC+ neft hasilatını azaltmaq üçün sazişi iştirakçıları onun şərtlərinin yenidən baxılması məsələsini müzakirə etmirlər, deyə nazir bildirib.

Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel (800 min barel OPEC ölkələri, 400 min barel qeyri-OPEC olkələri üzrə) azaldılması barədə razılaşıb. Razılaşmanın vaxtı iyunun 30-da bitib. Nəticədə bu gun Vyanada ”OPEC plus” nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. “Əməkdaşlıq Xartiyası”na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date