Rusiya təbii qaz hasilatını azaldıb

Rusiya təbii qaz hasilatını azaldıb
# 28 aprel 2022 10:03 (UTC +04:00)

Bu ilin birinci rübündə Rusiya 173 mlrd. kubmetr təbii qaz hasil edib, bu da illik müqayisədə 0,3% azdır.

APA-Economics”in Federal Dövlət Statistika Xidmətinə istinadən verdiyi məlumata görə, bu ilin mart ayında Rusiyada qaz hasilatı 58,8 mlrd. kubmetr təşkil edib, bu da 2021-ci ilin mart ayı ilə müqayisədə 0,2%, cari ilin fevral ayı ilə müqayisədə isə 8,7% çoxdur.

Məlumata görə, 2022-ci ilin I-ci rübündə ölkə üzrə mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı 8,6 mln. ton təşkil edib ki, bu da 11,1% artım deməkdir. Mart ayında LNG istehsalı 3 mln. ton təşkil edib ki, bu da 2021-ci ilin mart ayı ilə müqayisədə 25,3%, 2022-ci ilin fevral ayı ilə müqayisədə isə 10,2% çoxdur.

Qeyd olunub ki, səmt neft qazının hasilatı birinci rübdə 9% artaraq 26,7 mlrd. kubmetrə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR