Rusiya və İran neft məhsullarının svop tədarükünə başlayır

Rusiya və İran neft məhsullarının svop tədarükünə başlayır
# 01 noyabr 2022 16:39 (UTC +04:00)

Rusiya və İran artıq neft məhsullarının svop (əvəzetmə sxemi üzrə tədarük - red.) tədarükünə başlayıblar. Malların siyahısı genişləndiriləcək.

APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Baş nazirin müavini Aleksandr Novak Rusiya-İran hökumətlərarası komissiyasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Biz artıq neft məhsullarının svop tədarükünə başlamışıq, müvafiq məhsulların çeşidini genişləndirmək barədə razılığa gəlmişik, bu da perspektivli istiqamətdir", - Aleksandr Novak qeyd edib.

Aleksandr Novak daha öncə jurnalistlərə deyib ki, Rusiya və İran 2022-ci ilin sonunadək neft və qazın svop tədarükü üzrə razılığa gələ bilərlər. Onun sözlərinə görə, birinci mərhələdə 5 milyon ton neft və 10 milyard kubmetrə qədər qaz tədarükündən danışmaq olar.

Baş nazirin müavini qeyd edib ki, tərəflər texniki detallar üzərində işləyirlər. İran tərəfi Rusiyaya Türkmənistandan Azərbaycana İran ərazisi ilə həyata keçirilən qazın svop tədarükünə bənzər əməliyyatları artıq təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR