Rusiyada bu il neft hasilatında rekord azalma ola bilər - PROQNOZ

Rusiyada bu il neft hasilatında rekord azalma ola bilər - PROQNOZ
# 12 may 2022 13:48 (UTC +04:00)

Apreldə qlobal gündəlik neft hasilatı mart ayı ilə müqayisədə 710 min barel azalaraq 98,1 mln. barelə enib.

"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinin (İEA) aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu ilin aprel ayında Rusiyadan gündəlik neft tədarükü təxminən 1 mln. barel azalıb.

Hesabatda deyilir ki, aprel ayında Rusiyada neft və kondensat hasilatı sutkada 960 min barel azalaraq 2020-ci ilin noyabr ayının minimumunadək enib.

Təkcə neft hasilatı sutkada 900 min barel azalaraq 9,1 mln. barel olub ki, bu da “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində müəyyən edilən hədəf göstəricisindən 1,3 mln. barel aşağıdır.

Proqnoza görə, Bu ilin nəticələrinə görə, Rusiyada 2004-cü ilin minimumunadək enərək, 9,6 mln. barel təşkil edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR