"Şahdəniz"dən bu il 20 mlrd. kubmetrdən çox qaz çıxarılıb

"Şahdəniz"dən bu il 20 mlrd. kubmetrdən çox qaz çıxarılıb
# 30 dekabr 2021 14:40 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 39,7 mlrd. kubmetr təbii qaz hasil edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən 17,8%, yəni 6 mlrd. kubmetrə yaxın artımla qaz hasil edilib.

Məlumata görə, qazın 12,1 mlrd. kubmetri "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan, 20,4 mlrd. kub metri "Şahdəniz" qaz-kondensat yatağının 7,2 mlrd. kubmetri SOCAR üzrə hasil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR